Avqustun 28-i üçün hava proqnozu açıqlanıb.
Finss.az-ın məlumatına görə, Milli Hidrometeorologiya Xidməti Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağını bildirir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu:
- Gecə: +20…+24°C
- Gündüz: +27…+30°C
Atmosfer təzyiqi: 761 mm civə sütunu
Nisbi rütubət: gecə 70-75%, gündüz 45-55%
Azərbaycanın digər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər Lənkəran-Astara zonasının bəzi yerlərində qısamüddətli yağış, şimşək, dolu ehtimalı var. Bəzi dağlıq ərazilərdə duman olacaq, mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu rayonlarda:
- Gecə: +22…+26°C
- Gündüz: +34…+39°C
- Dağlarda gecə: +12…+17°C
- Dağlarda gündüz: +24…+29°C